featured-image-29546

İspaniyanın “Barselona” klubu mövsümün sonunda kapitanı Serxio Busketslə yollarını ayıracağını açıqlayıb.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.

Xəbərdə “Barsa” əfsanəsi ilə vidalaşır” sözləri qeyd olunub.

Xatırladaq ki, 2008-ci ildən bu klubun əsas komandasında çıxış edən Serxio Buskets 719 matça çıxıb. O, bu görüşlərdə 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

34 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və super kubokunun qalibi olub.

Bənzər xəbərlər