featured-image-65561

Robert Levandovski “Barselona”da 100 qol həddini keçib.

Msport.az xəbər verir ki, polşalı hücumçu İspaniya La Liqasının 38-ci turunda “Atletik”lə görüşdə buna nail olub.

O, matçın ilk hissəsində dubla imza atıb və komandasının 3:0 hesablı qələbəsinin memarı olub. Bunlar Levandovskinin kataloniyalılarda vurduğu 100-cü və 101-ci qollardır.

Qeyd edək ki, Levandovski 2022-ci ildə “Bavariya”dan “Barselonaya” keçib.

Bənzər xəbərlər