“Barselona”da baş məşqçi seçimi ilə bağlı fikir ayrılığı
İspaniyanın “Barselona” komandasında mövsümün sonunda baş məşqçi Xavi Ernandesi kimin əvəzləyəcəyi hələlik bəlli deyil.
Msport.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisində yeni mütəxəssisin seçimi ilə bağlı fikir ayrılığı var.
Klub prezidenti Joan Laporta Hans-Diter Flikin bu posta təyin olunmasını istəyir. Hətta onun Almaniya və “Bavariya”nın sabiq baş məşqçisi ilə görüşdüyü bildirilir. Laportanın siyahısında daha 3 alman mütəxəssis – Tomas Tuhel, Yulian Naqelsmann və Yurgen Klopp da var.
Klubun idman direktoru Deko isə daha sadə profilli, məhdud resurslarla işləməyi bacaran məşqçini komandaya gətirmək niyyətindədir. Onun əsas namizədi hazırda “Portu”nu çalışdıran Serxio Konseysaodur. Deko ilə Portuqlaiya millisində komanda yoldaşı olmuş Konseysao 2017-ci ildən bəri “Porto” ilə 3 çempionluq, həmçinin 4 ölkə kuboku və 3 Superkubok qazanıb..