featured-image-42551

İspaniyanın “Barselona” komandası itki ilə üzləşib.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, müdafiəçi Serxio Roberto zədə səbəbindən La Liqanın XXII turunda “Vilyarreal”la matçı buraxacaq.

31 yaşlı oyunçunun dizində problem aşkarlanıb.

Qeyd edək ki, bu gün oynanılacaq “Barselona” – “Vilyarreal” matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Bənzər xəbərlər