featured-image-63806

“Barselona”nın müdafiəçisi Alexandro Balde La Liqanın “Leqanes”lə son oyununda (1:0) zədələnib.

Msport.az xəbər verir ki, baş məşqçi Hans-Diter Flik birinci hissənin sonlarında 21 yaşlı oyunçunu əvəzləməli olub.

Balde bud nahiyəsindən xəsarət alıb və ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm “Barselona”nın heyətində ümumilikdə 43 oyuna çıxıb, 1 qol vurub, 10 qol ötürməsi verib.

Bənzər xəbərlər