featured-image-63679

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sını 4:0 hesabı ilə məğlub edən “Barselona” XXI əsrdə bu turnirdə mövsüm ərzində vurulan qol sayında klub rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, kataloniyalılar cari mövsüm ümumi qol sayını 36-ya çatdırıb.

2008-09 mövsümündə Pep Qvardiolanın rəhbərliyi altında da bu göstərici qeydə alınmışdı. Bu, son 25 ilin ən yaxşı nəticəsidir. Klub tarixinin rekordu 1999-2000 mövsümündə Lui van Qalın rəhbərliyi altındakı komandaya məxsusdu – 45 qol.

Lamin Yamal və Pau Kubarsi də tarixə düşüb. Yamal 18 yaşına çatmadan ÇL-də 20 matç həddinə çatan ilk oyunçu. Kubarsi isə Çempionlar Liqası tarixində assist verən ən gənc müdafiəçidir. Kubarsi 18 yaş, 77 günlüyündə bunu reallaşdırıb.

Bənzər xəbərlər