featured-image-50444

İspaniyanın “Barselona” klubu futbolçusu Ansu Fati ilə bağlı qərar verib.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hücumçu növbəti mövsüm Kataloniya təmsilçisində qalacaq.

“Blauqrana” bu yay futbolçunu satmamaq və icarəyə göndərməmək qərarına gəlib. Komandanın yeni baş məşqçisi Hans-Diter Flik hücumçuya ümid bəsləyir. Klubun idman direktoru Deku da 21 yaşlı futbolçuya şans verməyin tərəfdarıdır.

Ansi Fati ötən mövsüm “Brayton”da icarə əsasında çıxış edib. Hücumçu İngiltərə Premyer Liqasında 19 matçda iştirak edib və 2 qol vurub.

Bənzər xəbərlər