“Barselona”da yeni müqavilə hazırlığı
Fransalı müdafiəçi Jül Kunde “Barselona” ilə müqavilə müddətini uzatmağa yaxındır.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə klub arasında 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş sazişlə bağlı prinsipial razılıq mövcuddur.
Müqavilədə əlavə olaraq bir mövsümlük uzatma bəndi də olacaq. Kundenin hazırkı anlaşması 2027-ci ilin yayına qədərdir. Rəhbərlik onun çıxışından razıdır və yolların ayrılmasını düşünmür. Fransa millisinin üzvü özü də karyerasını Kataloniya klubunda davam etdirməkdə maraqlıdır.
Müqavilənin imzalanmasının gecikməsinin əsas səbəbi futbolçunun maaş artımı gözləməsidir. Lakin La Liqanın maliyyə məhdudiyyətləri səbəbindən “Barselona” hələlik Kundenin məvacibini artıra bilmir. Buna baxmayaraq, tərəflər razılığa gəlməyə çox yaxındır.







