“Barselona”dan 28-ci çempionluq
“Barselona” İspaniya La Liqasında vaxtından əvvəl çempionluğu təmin edib.
Msport.az xəbər verir ki, Kataloniya klubu 36-cı turda “Espanyol” üzərində qələbə qazanaraq bunu rəsmiləşdirib.
“Barsa” səfərdə 2:0 hesablı qalibiyyət əldə edib. Bununla Hans-Diter Flikin yetirmələri sona iki tur qalmış ən yaxın izləyicisi “Real”ı 7 xal qabaqlayır.
Bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022-23 mövsümündə qızıl medalları qazanmışdı.