“Barselona”dan ayrılsa da, milliyə dəvət aldı
İspaniya yığmasının Millətlər Liqasının “Dördlər finalı” üçün heyəti açıqlanıb. Msport.az xəbər verir ki, Lus de La Fuentenin rəhbərlik etdiyi kollektiv iyunun 15-də İtaliya ilə üz-üzə gələcək. Bu cütün qalibi Xorvatiya və ya Niderlandla qarşılaşacaq.
İspaniya millisinə dəvət olunmuş futbolçular:
Qapıçılar: Unay Simon (Atletik), Kepe Arrisabalaqa (Çelsi), David Raya (Brentford).
Müdafiəçilər: Dani Karvahal (Real), Xesus Navas (Sevilya), Emerik Laport (Mançester Siti), Roben Le Norman (Real Sosyedad), David Qarsiya (Osasuna), Jordi Alba (Barselona), Xuan Bernat (PSJ).
Yarımmüdafiəçilər: Rodri (Mançester Siti), Mikel Merino, Martin Subimendi (Real Sosyedad), Qavi (Barselona), Fabian Ruis (PSJ), Serxio Kanales (Betis).
Hücumçular: Dani Olmo (Leyptsiq), Alvaro Morata (Atletiko), Xoselu (Espanyol), Rodriqo (Lids), Marko Asensio (Real), Niko Uilyms (Atletik), Yeremi Pino (Vilyarreal).







