featured-image-35910

“Barselona”nın yarımmüdafiəçisi Abdessəməd Ezzalzuli karyerasını Almaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, Mərakeş millisinin üzvüylə “Bayer Leverkuzen” maraqlanır. Bundesliqa təmsilçisi 21 yaşlı oyunçu üçün qarşı tərəfə 20 milyon avroluq təklif göndərib. “Barselona” Abdessəmədi satmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ezzalzuli 2021-ci ilin yayından “Barselona”da çıxış edir. O, ümumilikdə Kataloniya klubunun heyətində 14 oyun keçirib və 1 qol vurub. Ezzalzuli ötən mövsümü icarə əsasında “Osasuna”da keçirib. Gənc futbolçu bu klubla 34 oyun meydana çıxıb, 6 qol və 2 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər