"Barselona”dan geridönüş, “Liverpul”dan növbəti qələbə
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu başlayıb.
Msport.az-ın məlumatına görə, ilk oyun günündə doqquz matç təşkil olunub.
“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu qəbul edib. Qonaqlar geridə olmalarına baxmayaraq, son saniyələrdə vurduqları qolla 5:4 hesablı qələbə qazanıblar.
İspaniyanın digər təmsilçisi “Atletiko” Madrid şəhərində Almaniyanın “Bayer” komandasını məğlub edib – 2:1.
Fransa “Lill”i isə İngiltərədə “Liverpul”a 1:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VII tur
“Monako” (Fransa) – “Aston Villa” (İngiltərə) – 1:0
“Atalanta” (İtaliya) – “Şturm” (Avstriya) – 5:0
“Liverpul” (İngiltərə) – “Lill” (Fransa) – 2:1
“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) – 4:5
“Srvena Zvezda” (Serbiya) – PSV (Niderland) – 2:3
“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) – 2:1
“Slovan” (Slovakiya) – “Ştutqart” (Almaniya) – 1:3
“Bolonya” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 2:1
“Brügge” (Belçika) – “Yuventus” (İtaliya) – 0:0.
Qeyd edək ki, VII turun növbəti oyunları bu gün təşkil olunacaq.