featured-image-46329

“Barselona”dan icarəyə götürülmüş Ansu Fati “Brayton”da qalmayacaq.

Msport.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı vinger yeni mövsüm üçün heyətdə düşünülmür.

Kataloniya təmsilçisi onu yenidən başqa kluba icarəyə vermək niyyətindədir. “Vulverhempton”, “Sevilya” və “Valensiya” oyunçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Ansu Fati mövsümün əvvəlində “Brayton”a keçmişdi. İspaniya millisinin üzvü “qağayılar”ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər