"Barselona"dan müdafiə xəttinə transfer - RƏSMİ
“Barselona” İniqo Martinesin transferini açıqlayıb. Msport.az xəbər verir ki, Kataloniya klubu rəsmi saytında bu haqda məlumat verib.
Müqavilə 2025-ci ilin iyununa kimi nəzərdə tutulub. Anlaşmada sərbəst qalma məblıği 400 milyon avro göstərilib.
32 yaşlı futbolçunun bu ilin iyununda “Atletik”lə müqaviləsi başa çatıb. O, Bilbao klubuna 2018-ci ildə “Real Sosyedad”dan keçmişdi.
Ötən mövsüm 18 oyuna çıxan müdafiəçi bir qol vurub və 2 məhsuldar ötürmə verib.
Martines İspaniya millisində 20 matçda meydana çıxıb.
ANAR







