“Barselona”dan tarixi göstərici
“Barselona” İspaniya kubokunun 1/4 finalında “Real Sosyedad”ı məğlub edib – 1:0.
Msport.az xəbər verir ki, kataloniyalıların bu matçda vurduğu yeganə qol İspaniya kuboku tarixində 1500-cü qolu olub.
121 illik keçmişə malik olan turnirdə heç bir klub “Barselona”dan çox fərqlənə bilməyib. Kataloniya təmsilçisi 42 dəfə finala adını yazdırıb, 31 dəfə kuboku qazanıb.