“Barselona”dan yeni transfer - RƏSMİ
“Barselona” yeni transferini açıqlayıb.
Msport.az xəbər verir ki, Runi Bardaqji ilə müqavilə imzalanıb.
Danimarkanın “Kopenhagen” klubundan transfer olunan 19 yaşlı Küveyt əsilli yarımmüdafiəçi ilə 4 illik anlaşma imzalanıb.
Qeyd edək ki, 2021-ci ildən Danimarka təmsilçisinin formasını geyinən Bardaqji bu komandanın heyətində meydana çıxdığı 65 matçda 15 qolla yadda qalıb.