featured-image-54138

İspaniyanın “Barselona” klubu ağır zədələnən futbolçusu Mark Bernala yeni müqavilə təklif edir.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulacaq.

Oyunçunun 18 yaşı olanda müddət 2029-cu ilədək uzadıla bilər.

Kataloniya təmsilçisinin əsas komandasında 15 oyun keçirdikdən sonra Mark Bernalın maaşı da artacaq.

Qeyd edək ki, futbolçu “Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın III turunun matçında sıradan çıxıb. Onun sol dizinin çarpaz bağı qopub və menisk nahiyəsindən zədələnib.

Bənzər xəbərlər