featured-image-31748

“Barselona” hücumçusu Usman Dembele ilə müqaviləni uzatmağı planlaşdırır.

Msport.az xəbər verir ki, kataloniyalılar məsələni bu ayın sonunadək həll etmək istəyirlər. Buna səbəb, gələn aydan Dembelenin satınalma məbləği 100 milyon avrodan 50 milyona enəcək. Barsa fransalı oyunçunun komandada qalması üçün onun maaşını artırmağa hazırdı.

Dembelenin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Usman son mövsüm ərzində 35 matçda iştirak edib, 8 qol vurub və 9 məhsuldar ötürmə verib.

Royal Türksoy

Bənzər xəbərlər