featured-image-28775

“Barselona”nın qadınlardan ibarət komandası futbol üzrə Çempionlar Liqasında finala vəsiqə qazanıb. Msport.az xəbər verir ki, Kataloniya klubu yarımfinal mərhələsinin cavab oyununda öz meydanında “Çelsi” ilə bərabərə qalıb – 1:1.

“Barsa”nın heyətində 63-cü dəqiqədə Karolina Hansen hesabı açıb. Az sonra Quro Reyten bərabərlik qolunu vurub.

“Barselona” ilk oyunda qazandığı 1:0 hesablı qələbə sayəsində finala yüksəlib.

Digər yarımfinal cütündə “Volfsburq”la “Arsenal” üz-üzə gələcək.

ANAR 

 

Bənzər xəbərlər