“Barselona” Fliklə anlaşdı
“Barselona” baş məşqçisi Hans-Diter Fliklə müqaviləi yeniləyəcək.
Msport.az xəbər verir ki, tərəflər sözləşmə müddətinin uzadılması məsələsində ortaq məxrəcə gəliblər.
60 yaşlı almaniyalı ilə hazırkı müqavilə 2026-cı ilin yayına qədərdir. Anlaşmaya əsasən, bu müddət daha bir il uzadılacaq. Flik mövsümün sonunda rəsmi sazişə qol çəkəcək.
Qeyd edək ki, Hans-Diter Flik ötən ilin yayından “Barselona”ya rəhbərlik edir.