“Barselona” Halanda elçi düşdü
“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Barselona”ya keçə bilər.
Msport.az xəbər verir ki, İspaniya klubu norveçli forvardın transferində maraqlıdır.
Kataloniyalılar 24 yaşlı futbolçunu bu il yox, 2026-cı ilin yayında heyətinə qatmağı planlaşdırır. Halandın “şəhərlilər”lə müqaviləsində yer alan bəndə görə, o, gələn ilin yayında 175 milyon avro qarşılığında sərbəst qala bilər. “Barsa” rəhbərliyi bu keçid sayəsində Robert Levandovskidən sonra mərkəz hücumçusu problemini yoluna qoymaq istəyir.
Qeyd edək ki, Haland bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 41 oyunda 30 qol vurub. Onun klubu ilə müqavilə müddəti 2034-cü ilədək qüvvədədir.