featured-image-45619

“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”nin hücumçusu Erlinq Holandı transfer etməyi arzulayır.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İspaniya klubu 23 yaşlı hücumçunu 2025-ci ilin yayında heyətinə qatmağı planlaşdırır.

Laporta “Real”ın Kilian Mbappe ilə anlaşmasına bu cür cavab vermək istəyir. Kataloniya klubunun prezidentinin norveçli futbolçunun meneceri Rafael Pimento ilə dostluq əlaqələri var.

Holanda bu mövsüm bütün turnirlərdə 34 oyunda 29 qol vurub və 6 məhsuldar ötürmə verib.

Forvardın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər