featured-image-47553

“Barselona” hücumçusu Vitor Rokeni icarəyə vermək istəyir. Msport.az xəbər verir ki, Kataloniya klubu 19 yaşlı futbolçunun oyun təcrübəsinin artmasının vacibliyini anlayır.

Klubda hesab edirlər ki, forvara La Liqa klublarından biriniə icarəyə getsə, İspaniya futboluna daha tez adaptasiya ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl Rokenin gələmn mövsümü “Barsa”da keçirmək istəməsi ilə bağlı xəbər yayılmışdı.

Gənc oyunçu “Barselona”ya bu ilin yanvarında “Atletiko Paranaense” klubundan 40 milyon avroya transfer olunub. Onun müqaviləsi 2031-ci ilin yayına kimidir.

Roke bu mövsüm 13 oyunda 2 qol vurub.

Bənzər xəbərlər