“Barselona” ilə yeni müqavilə imzaladı - Yamal
“Barselona” futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.
İspaniyalı hücumçu ilə Kataloniya təmsilçisi arasındakı yeni anlaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Yamal 2023-cü ilin aprelində hələ 15 yaşı olarkən “Barselona”da debüt edib. 2023-24 mövsümündə o, 50 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə verib. Hücumçu İspaniya millisi ilə Avropa çempionu olub.