featured-image-32785

“Atletik” və “Real Sosyedad”ın sabiq futbolçusu İniqo Martines “Barselona” ilə müqavilə bağlayıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi yeni komandası üçün fotosessiyada iştirak edib.

32 yaşlı oyunçunun Bialbao təmsilçisi ilə anlaşması iyunun 30-da başa çatıb. O, 2018-ci ildə “Real Sosyedad”dan “Atletik”ə keçmişdi.

Martines ötən mövsüm 18 oyunda meydana çıxıb bir qol vurub və 2 məhsuldar ötürmə verib.

Müdafiəçi İspaniya millisində 20 oyun keçirib. O, ilk dəfə 2013-cü ildə yığmaya çağrılıb.

ANAR 

 

Bənzər xəbərlər