“Barselona” isveçli hücumçunu transfer etmək istəyir
İsveç millisinin və Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Viktor Dyekereş karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, “Barselona” yayda forvardı heyətinə qatmaq niyyətindədir.
Kataloniya təmsilçisi onun üçün 70 milyon avro ödəməyə və Levandovskinin müqaviləsi bitənədək “Sportinq”ə icarəyə verməyə hazırdır. Beləliklə, Dyekereş “Barselona”da rəqabət aparmağa məcbur qalmayacaq.
Qeyd edək ki, hücumçu cari mövsüm bütün yarışlarda 19 matçda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.