featured-image-57273

“Barselona” İspaniya La Liqasının XIII turunda “Real Sosyedad”la oyunda vurduğu qolun ləğvi ilə bağlı izahat tələb edəcək.

Msport.az xəbər verir ki, San Sebastiandakı görüşün 13-cü dəqiqəsində Robert Levandovski rəqibin qapısına yol tapsa da, baş hakim Gilyermo Kuadra Fernandes VAR-ın köməyi ilə oyundankənar vəziyyət qeydə alıb.

Yarımavtomatik oyundankənar vəziyyətin aşkarlanması texnologiyası polşalı forvardın butsunun barmağının rəqibin sonuncu müdafiəçisi Nayef Agerddən öndə olduğunu müəyyən edib. Ancaq “Barselona” rəhbərliyi həmin epizodda nə baş verdiyini dəqiq öyrənmək və gələcəkdə oxşar vəziyyətlərdə həll yollarını tapmaq üçün izahat tələb edəcək. Kataloniyalılar televiziya yayımındakı kadra əsasən qol epizodunda ofsayd görmədiklərini bildiriblər.

Qeyd edək ki, oyun “Real Sosyedad”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər