featured-image-26754

“Barselona” yeni mövsümdən ev oyunlarını Olimpiya stadionunda keçirəcək.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, bu, “Kamp Nou”da aparılacaq təmir işləri ilə bağlıdır.

Kataloniya klubu artıq bu barədə İspaniya Futbol Federasiyasına müraciət edib, onlar isə öz növbəsində UEFA-ya məlumat verməlidirlər.

“Barsa”nın 2024-cü ilin noyabrına qədər Olimpiya stadionunda oynaması gözlənilir. Arena 55926 tamaşaçı tutumuna malikdir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər