“Barselona” klub televiziyasını bağlayır
“Barselona” iyunun 30-da klubun televiziyasını bağlayacaq.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Movistar Television”la müqaviləsini yeniləməyəcək.
Barça TV-nin bağlanması ilə əlaqədar 150-yə qədər işçi ixtisar olunacaq.
“Barselona” rəhbərliyi bu addımı La Liqanın maliyyə-feyr pleyi tələblərinə görə atır.
Yayımlarla bağlı “Barsa” rəhbərliyi yeni variantlar üzərində düşünür.
ANAR