Barselona klubunun futbolçusu zorakılıqda ittiham edildi
“Espanyol”un əməkdaşı klubun yarımmüdafiəçisi Alvaro Aquadonu zorakılıqda ittiham edib.
Msport.az xəbər verir ki, hadisənin ötən il iyunun 23-də, komandanın La Liqaya çıxışı şərəfinə keçirilən gecə klubunda baş verdiyi bildirilir.
İddia edilir ki, zərərçəkən əvvəlki dövrlərdə müraciət etməyib, çünki işdən çıxmaqdan qorxub və məhkəmədə ifadə verməkdə özünü etibarlı hiss etməyib. O, nəhayət yanvarda polisə müraciət edib. Klubdan verilən məlumata görə, hadisənin üzərindən altı ay keçməsinə baxmayaraq, polis baş verənləri sübut edən heç bir dəlil tapmayıb.
Barselona klubundan bildirilib ki, futbolçu hələ ittiham olunmayıb, sadəcə istintaq altındadı. Aqvado mayda bu iş üzrə ifadə verəcək.