featured-image-42454

“Barselona” İspaniya Kuboku ilə vidalaşıb.

Msport.az xəbər verir ki, Xavinin baş məşqçisi olduğu komanda 1/4 final mərhələsində “Atletik”lə üz-üzə gəlib.

“San-Manes” stadionundakı qarşılaşma Bilbao klubunun qalibiyyəti ilə bitib. Əsas vaxt heç-heçə yekunlaşıb – 2:2.

“Atletik”in heyətində Qorka Quruseta və Oyan Sanse fərqləniblər. Kataloniya təmsilçisindən isə Robert Levandovski və Lamin Yamal rəqib qapısına yol tapıblar. 106-cı dəqiqədə İnyaki Uilyams, 120-ci dəqiqədə N.Uilyams meydan sahiblərinin növbəti qolun imza atıblar.

Beləliklə, “Atletik” kubokun yarımfinalına vəsiqə qazanıb. “Barselona” isə turnirlə vidalaşıb.

Bənzər xəbərlər