featured-image-61734

Robert Levandovski “Barselona”da daha iki mövsüm keçirə bilər.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi 36 yaşlı hücumçuya 2027-ci ilə qədər müqavilə təklif etməyi planlaşdırır.

Polşalı futbolçunun klubla hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir. Bildirilib ki, tərəflər daha əvvəl sözləşmə müddətinin 2026-cı ilə qədər uzadılması barədə razılığa gəliblər.

Levandovski bu mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub.

Bənzər xəbərlər