featured-image-41266

İspaniyanın “Barselona” klubunun futbolçusu Robert Levandovski üçün istədiyi məbləğ bəlli olub.

Msport.az “Managing Barca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 35 yaşlı hücumçunu 20 milyon avroya buraxmağa hazırdır.

Qeyd edək ki, onun hazırkı müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub. Levandovski cari mövsüm 21 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər