featured-image-28447

Roberto Firmino yayda azad agent kimi “Liverpul”dan ayrılacaq. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Barselona” braziliyalı hücumçu ilə razılığa gəlib. Kataloniya klubu İngiltərə təmsilçisinə heç bir pul ödəməyəcəyindən 31 yaşlı forvardı heyətinə qatmağı qərara alıb.

Firmino bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda 9 qol vurub. O, çempionatın böyük hissəsini zədə səbəbindən komandasına kömək edə bilməyib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər