featured-image-24441

“Barselona”nın transfer siyahısında “Mançester Siti”nin 4 futbolçusu yer alır. Msport.az “Sport.es”ə istinadən xəbər verir ki. Kataloniya klubu Emerik Laport, İlkay Gündoğan, Rodri və Bernardu Silva ilə maraqlanır.

Mənbənin sözlərinə görə, “şəhərlilər” heç bir halda Rodrini satmaq istəmirlər. O, komandanın baş məşqçisi Xosep Qvardiola üçün toxunulmaz futbolçudur.

Əgər “Siti” “Leyptsiq”in müdafiəçisi Yoşko Qvardiolla müqavilə bağlasa, Laport transferə çıxarıla bilər.

İngiltərə klubu Silvanı 65 milyon avroya satmağa hazırdır. “Barselona” çoxdan portuqaliyalı yarımmüdafiəçi ilə maraqlanır. Gündoğana gəlincə isə, onun müqaviləsi mövsümün sonunda başa çatır.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər