featured-image-27835

“Barselona” yayda İlkay Gündoğanı transfer etməyə yaxındır. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, “Mançester Siti”nin yeni müqavilə təklifini qəbul etməyən yarımmüdafiəçi azad agent olacaq.

Gündoğan Kataloniya klubu ilə 2+1 sistemi ilə müqavilə bağlayacaq. 32 yaşlı futbolçunun maaşı bir mövsüm üçün 12 milyon avro olacaq.

İlkay 2016-cı ildən “şəhərlilər”in heyətində çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər