featured-image-44884

“Barselona”nın idman direktoru Deku “Mançester Yunayted”dəki həmkarı Con Murto ilə görüşüb.

Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, onlar mümkün transferləri müzakirə ediblər.

Kataloniya təmsilçisindən Xavinin gedişindən sonra yeni baş məşqçinin adı hələlik məlum olmasa da, rəhbərlik artıq növbəti mövsüm üçün heyəti gücləndirməyi planlaşdırır.

Görüşdə müzakirə olunan oyunçulardan biri “qırmızı-şeytanlar”a məxsus, icarə əsasında “Xetafe”də çıxış edən Meyson Qrinvuddur. 22 yaşlı oyunçu Mançester təmsilçisinə qayıtmaq istəmir. Onun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır.

Bənzər xəbərlər