featured-image-39166

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Feyenoord”dan Santyaqo Ximeneslə maraqlanır.

Rəhbərlik meksikalı hücumçunun Avropa futboluna tez uyğunlaşmasına heyran qalıb. Lakin bu transferdə “Barselona”nın maliyyə vəziyyətindən çox şey asılıdır. Çünki La Liqa kluba xərclərə görə məhdudiyyətlər qoyub.

Qeyd edək ki, Santyaqo Ximenes cari mövsüm Niderland çempionatında 10 matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər