featured-image-42101

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola keçmiş klubu “Barselona” haqqında danışıb.

Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Kataloniya təmsilçisi haqqında xoş sözlər deyib:

“Barselona” mənim ürəyimdəki klubdur. “Barselona” mənə çox şey verib. Bu, mənim həyatımın bir hissəsidir. “Mançester Siti”yə gəlincə, bu klub çox adamın əməyi sayəsində böyüdü”.

Qeyd edək ki, Qvardiola məşqçilik karyerasına “Barselona”da başlayıb. O, 2008-2012-ci illərdə bu komandaya baş məşqçilik edib.

Bənzər xəbərlər