featured-image-26135

“Barselona” müdafiəçisi Andreas Kristensenin zədələnməsi haqqında məlumat yayıb. Msport.az xəbər verir ki, 26 yaşlı futbolçunun baldır əzələləri zədələnib.

O, Finlandiya ilə AÇ-2024-ün seçmə mərhələsinin oyununda zədə alıb. “Barsa” müdafiəçinin bərpa müddəti haqqda xəbər verməyib.

Mətbuatın yazdığına görə, Kristensen ən azı 3-4 həftə oynamayacaq və “Real”la matçda forma geyinə bilməyəcək.

Bir müddət əvvəl Kataloniya klubunda Frenki de Yonq da zədələnmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər