featured-image-32030

“Barselona” mərkəz müdafiəçisi Erik Qarsiyanı transferə çıxarıb. Msport.az xəbər veirr ki, bu barədə “As” nəşri məlumat yayıb

Mənbənin sözlərinə görə, baş məşqçi Xavi və rəhbərlik 22 yaşlı futbolçunun satılması ilə bağlı yekun qərara gəliblər.

İstənilən komanda 10 milyon avro ödəyərək, onun keçidini həll edə bilər.

İspaniyalı oyunçu Kataloniya klubuna 2 il əvvəl “Mançester Siti”dən keçib. Ötən mövsüm o, bütün turnirlərdə 32 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Qarsiyanın “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyununa kimidir.

ANAR 

Bənzər xəbərlər