“Barselona” Messi və digər iki sabiq futbolçusuna pul ödəyir
İspaniyanın “Barselona” klubu sabiq futbolçuları Xordi Alba, Serxio Buskets və Lionel Messiyə hələ də pul ödəyir.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Kataloniya təmsilçisinin hələ də bu oyunçulara maaş borcu olduğu vurğulanıb.
Söhbət koronavirus pandemiyası zamanı təxirə salınmış ödənişlərdən gedir. Bu mövsüm ispaniyalılar hazırda “İnter Mayami”də çıxış edən Messi, Buskets və Albaya olan borcunu tam ödəyəcək.
Borcların ümumi məbləği 2020/21 maliyyə ili üçün hesablara daxil edilib və “Barselona” 481 milyon avro itki ilə üzləşib.
Qeyd edək ki, Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. Buskets və Alba 2022/23 mövsümünün sonunda ayrılıb.