"Barselona" Messinin öz evidir" - Xavi
“Barselona”nın baş məşqçisi Xavi Lionel Messinin komandaya mümkün qayıdışını dəyərləndirib.
Msport.az xəbər verir ki, o, bildirib ki, bura argentinalı futbolçunun öz evidir:
“Messi? Mən artıq demişəm ki, bura onun öz evidir. Onun üçün bütün qapılar açıqdır. Leo mənim dostumdur, biz həmişə kontakdayıq. Qərarı verən odur, hər şey özündən asılı olacaq. Həm də o, müəyyənləşdirməlidir ki, gələcəkdə nə ilə məşğul olmaq istəyir. “Barselona” onun evidir, buna heç bir şübhəniz olmasın. Tarixin ən yaxşı futbolçusu komandaya gəlsə, bu, yalnız bizə kömək olar”.
Son iki mövsümü PSJ-də keçirən futbolçu “Barsa”da təxminən 19 il çıxış edib. Onun Paris klubu ilə müqaviləsi iyunda başa çatır.
ANAR ABDULLAYEV







