featured-image-27241

“Barselona” Lionel Messinin transferi ilə bağlı La Liqa rəhbərliyi ilə görüşəcək. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı futbolçunu qaytarmağa çalışır.

Bununla əlaqədar olaraq, “Barsa” nümayəndələri gələn həftə La Liqa rəsmiləri ilə müzakirə aparacaq. Onlar təşkilatın bu məsələyə münasibətini öyrənmək istəyirlər.

“Barselona” gələn mövsümlə əlaqədar əməkhaqqı büdcəsinin azaldılması ilə bağlı iqtisadi plan hazırlayıb. Kataloniya klubu güman edir ki, La Liqa Messi ilə danışıqlara icazə verəcək.

Klubda əmin olmaq istəyirlər ki, Argentina yığmasının üzvü razılıq versə, La Liqa transferi təsdiqləyəcək.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər