featured-image-51302

“Barselona” ötən mövsüm “Mançester Siti”dən icarəyə götürdüyü Joau Kanselunu birdəfəlik heyətinə qata bilər.

Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik portuqaliyalı müdafiəçinin transfer edilməsini uyğun sayır.

“Şəhərilər” Kanselunu 20 milyon avrodan bir qədər baha qiymətə satmağa hazırdır. Mənbə tərəflərin hazırda danışıq apardıqlarını vurğulayıb.

Qeyd edək ki, Kanselu ötən mövsüm “Barsa” forması ilə bütün turnirlərdə 42 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər