featured-image-28427

“Leççe”də icarə əsasında çıxış edən Samuel Umtiti “Barselona”ya qayıtmaya bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Kataloniya klubu 29 yaşlı fransalı futbolçuya daha bir şans vermək niyyətində deyil.

“Barsa” indidən müdafiəçinin gələcəyi ilə bağlı qərar vermək istəyir.  “Barselona” Umtitini “İnter” və “Roma”ya təklif edib. Adıçəkilən klubların buna necə reaksiya verməsi barədə məlumat verilmir.

O, bu mövsüm İtaliya A seriyasında 17 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. “Barsa” 2016-cı ilin yayında müdafiəçini “Lion”dan 25 milyon avroya almışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər