featured-image-61843

“Barselona”nın futbolçusu Ektor Fort Avropa klublarının maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, xüsusən də “Komo” 18 yaşlı sağ cinah müdafiəçisini transfer etmək istəyir.

İtaliya klubu ispaniyalı oyunçu üçün 8 milyon avro təklif etsə də, kataloniyalılar rədd cavabı veriblər. Çünki futbolçu bu keçidə müsbət yanaşmayıb. Məhz oyunçunun fikrini əsas tutan rəhbərlik onu komandada saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Ektor Fort bu mövsüm La Liqada 11 oyun keçirib.

Bənzər xəbərlər