“Barselona” müdafiəçisini yenidən itirdi
“Barselona”nın müdafiəçisi Andreas Kristenseni itirib.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu məşq zamanı zədələnib.
Danimarka millisinin üzvünün sağ ayağının baldır əzələsində əvvəlki zədəsi təkrarlanıb. Bu səbəbdən Kristensenin təxminən 3-4 həftə müddətində oyunlarda iştirak edə bilməyəcəyi bildirilir.
Qeyd edək ki, müdafiəçi bir həftə əvvəl əvvəlki zədəsini sağaldıb və meydana qayıtmağa hazır idi.