“Barselona” “Napoli”yə çatdı
Top-liqalarda səfərdəki qələbə sayına görə, “Barselona” 1-2-ci yerləri bölüşür. Msport.az xəbər verir ki, Kataloniya klubu İspaniya La Liqasının 27-ci turunda səfərdə “Elçe”ni darmadağın edib – 4:0.
Bu Xavinin komandasının cari mövsümdə 12-ci səfər qələbəsi olub.
Böyük beşlik ölkələri çempionatlarında yalnız A seriyasında “Napoli” rəqib meydanında 12 qələbə qazanıb.
“Barselona” növbəti səfər oyununu aprelin 16-da “Xetafe”yə qarşı keçirəcək.
ANAR ABDULLAYEV







