featured-image-39523

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Lester” komandasında çıxış edən Vilfred Ndidi ilə maraqlanır.

Hazırkı ölkə çempionu nigeriyalı oyunçunu 2024-cü ilin yayında azad agent kimi transfer etməyi planlaşdırır.

Qeyd edək ki, “Lester” hazırda Çempionşipdə 39 xalla birinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər